Tokayev yenidən Prezident seçildi

Tokayev yenidən Prezident seçildi
Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin yekun nəticəsini açıqlayıb.
Xarici KİV xəbər verir ki, MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini bildirib. 
"Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib",- deyə o, vurğulayıb. 
Gundelik-Baku.Org