Çempion boksçu məşq zamanı FACİƏLİ şəkildə öldü

Çempion boksçu məşq zamanı FACİƏLİ şəkildə öldü
Konqo Demokratik Respublikasından olan boksçu Elbi Bilindo Eseko məşq zamanı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Xarici media xəbər verir ki, hadisə 27 yaşlı afrikalı idmançı qaçarkən maşın onu əzərək öldürüb. İdmançını vuran sürücünün sərxoş vəziyyətdə olduğu qeyd edilir.
Esekonun yarışdığı Ümumdünya Boks Təşkilatı (UBO) idmançının ailəsinə və yaxınlarına başsağlığı verib. “2017-ci ilin dekabrında UBO Mərkəzi Afrika, 2019-cu ilin noyabrında Ümumafrika titulunu qazanıb”, UBO-nun “Facebook”dakı bəyanatında deyilir. 
Eseko 2013-cü ildə çıxış etməyə başlayıb. Ümumilikdə, karyerası ərzində 14 döyüşdə iştirak edib, bu döyüşlərdə 11 qələbə (onlardan üçü nokautla) qazanıb və üç məğlubiyyət alıb.
 
Gundelik-Baku.Org