Fransız hərbçilər Mərkəzi Afrika Respublikasını tərk etdilər

Fransız hərbçilər Mərkəzi Afrika Respublikasını tərk etdilər
Mərkəzi Afrika Respublikasında yerləşdirilən sonuncu 130 fransız hərbçi bu ölkəni tərk edib.
 
TASS xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Bildirilib ki, bu gün sonuncu fransalı hərbçilər hərbi təyyarə ilə Mərkəzi Afrika Respublikasını tərk edib, çünki onların iştirak etdiyi missiyanın operativ baxımdan əsasları qalmayıb.
Gundelik-Baku.Org