Alman siyasətçi Prezident sarayında ÖLDÜ

Alman siyasətçi Prezident sarayında ÖLDÜ
Almaniyada Yaşıllar Partiyasının keçmiş siyasətçisi Verner Şuls Prezident sarayında keçirilən tədbir zamanı dünyasını dəyişib.
Xarici KİV xəbər verir ki,  72 yaşlı Şuls Prezident sarayında çıxış edərkən halı pisləşib və anidən yerə yıxılıb. Şulzun dünyasını dəyişdiyi müəyyən edilib.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Şulzun öldüyü və tədbirin başa çatdığı barədə məlumatı paylaşıb.
Şteynmayer Şulsun həyat yoldaşı Monika Şulsa başsağlığı mesajında "Bu gün evimizdə faciəvi şəkildə dünyasını dəyişən həyat yoldaşınızın qəfil ölüm xəbəri məni dərindən sarsıtdı və kədərləndi", - ifadə edib. 
Bildirək ki, Şuls 1990-2005-ci illərdə Bundestaqda, 2009-2014-cü illərdə isə Avropa Parlamentində millət vəkili vəzifəsində çalışıb.
Gundelik-Baku.Org