Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli oldu

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli oldu
Azərbaycan Kuboku 1/4 final mərhələsinin proqramı açıqlanıb.
“Report”un məlumatına görə, bu raundun ilk oyunları 8-9 dekabr, cavab matçları isə 19-20 dekabrda keçiriləcək.
Qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi
İlk oyunlar
8 dekabr
“Zirə” – “Neftçi”
“Zirə İK” stadionu, 18:00
“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”, 20:30
9 dekabr (cümə)
“Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu, 14:00
“Səbail” – “Sabah”
“ASCO Arena”, 17:00
Cavab oyunları
19 dekabr
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00
“Sabah” – “Səbail”
“Bank Respublika Arena”, 19:00
20 dekabr
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 14:00
“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 19:00.
Gundelik-Baku.Org