“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib

“Qarabağ”la oyunda “Frayburq”u dəstəkləyəcək azarkeşlərin sayı bilinib
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”-“Frayburq” (Almaniya) görüşündə qonaq azarkeşlər də iştirak edəcəklər.
Bu barədə “Frayburq”un mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.
Qeyd edək ki, “Qarabağ”-“Frayburq” matçı noyabrın 3-də, saat 21:45-də start götürəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Gundelik-Baku.Org