“Qəbələ” yenə uduzdu

“Qəbələ” yenə uduzdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
“Səbail” klubu öz meydanında “Qəbələ”ni qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə xallarını 26-ya çatdıran “Səbail” üçüncü pilləyə yüksəlib.
Ardıcıl üçüncü matçda eyni hesabla uduzan “Qəbələ” isə 11 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.
Gundelik-Baku.Org