“Marsel”dən darmadağın, “Lans” səfərdə büdrədi

“Marsel”dən darmadağın, “Lans” səfərdə büdrədi
Fransa Liqa 1-də XVI tura yekun vurulub.
Marseldə baş tutan matçda eyniadlı komanda “Tuluza” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 6:1 hesablı darmadağını ilə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 33-ə yüksəldən “Marsel” üçüncü pilləyə yüksəlib.
Günün digər matçında isə tarazlıq pozulmayıb. “Nitsa” öz meydanında “Lans”la xalları yarı bölüb – 0:0.
Status-kvo “Lans”ı ikinci, “Nitsa”nı isə 9-cu pillədə saxlayıb.
Gundelik-Baku.Org