“Qəbələ” klubu “Sabah”a qalib gəldi

“Qəbələ” klubu “Sabah”a qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
İlin və ikinci dövrənin son turunun ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Sabah” klubu Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+2-ci dəqiqədə Murad Musayev vurub.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “qırmızı-qaralar” sonuncu – 10-cu pillədə qalıblar. Bakılılar isə 22 xalla 7-ci sırada qərarlaşıblar.
Qeyd edək ki, turun digər oyunları dekabrın 23—24-də keçiriləcək.
Gundelik-Baku.Org