"Səbail" 1/4 finala vəsiqə qazandı

"Səbail" 1/4 finala vəsiqə qazandı
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Günün ilk matçında "Səbail" "Şamaxı"nı qəbul edib.
"ASCO Arena"da baş tutan qarşılaşma "dənizçilər"in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 23 və 45-ci dəqiqələrdə Amil Yunanov, 50-ci dəqiqədə Pedro Nuno, 56 və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə, 90+2-ci dəqiqədə Adi Mehremiç fərqlənib.
"Səbail" 1/4 finalda bu gün reallaşacaq "Zirə" - "Turan Tovuz" matçının qalibi ilə üz-üzə gələcək. Bu raundun "Qarabağ" - MOİK və "Neftçi" - "Qaradağ Lökbatan" oyunları dekabrın 21-də baş tutacaq.
Gundelik-Baku.Org