Azərbaycan Kuboku: “Səbail” 7 qolla qalib gəldi

Azərbaycan Kuboku: “Səbail” 7 qolla qalib gəldi
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

“Səbail” komandası səfərdə “Şəfa”nın qonağı olub. Görüş “dənizçilər”in 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Samir Abdullayev, Yadin Luqasi, Adi Mehremiç, Taleh Qarayev, Amil Yunanov (2) və Aleksandr Ramalinqom vurublar.

“Səbail” növbəti mərhələdə “Zaqatala” – “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaq.

Daha əvvəl MOİK, “Karvan” və “İrəvan” komandaları 1/8 finala vəsiqə qazanıblar.
Gundelik-Baku.Org