“Liverpul” məğlub OLDU

“Liverpul” məğlub OLDU
Yanvarın 2-də futbol üzrə İngiltrə Premyer Liqasında növbəti turunun bir oyunu keçirilib.
“Liverpul” klubu səfərdə “Brentford”la qarşılaşıb.
Oyunun favoriti “Liverpul” olsa da, Yürgen Kloppun yetirmələri ümidləri doğrultmayıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar. “Brentford”un qollarına Konate (öz qapısına), Vissa və Mbeumo imza atıblar. “Liverpul”un yeganəı qolunu isə Aleks Oksleyd Çemberleyn vurub.
Beləliklə, bu mövsüm 17 oyunda 5-ci məğlubiyyətini alan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisaydlıların hesabında 28 xal var.
Gundelik-Baku.Org