Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
Federasiyadan verilən məlumata görə, yığma Cənubi koreyalı Sun Mi Parka həvalə edilib.
2014-17-ci illərdə də millinin “sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və olimpiadada yaxşı nəticə göstərmək hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.
Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.
Gundelik-Baku.Org