Final matçından sonra Fransada iğtişaşlarda 227 nəfər saxlanılıb

Final matçından sonra Fransada iğtişaşlarda 227 nəfər saxlanılıb
Fransanın futbol üzrə milli yığmasının Qətərdə keçirilmiş Dünya Çempionatında Argentina millisinə məğlubiyyətindən sonra paytaxt Parisdə və ölkənin digər yerlərində qarşıdurmalar baş verib.
Ümumilikdə 227 nəfər saxlanılıb. Onların 47 nəfəri paytaxt Parisdə və ona yaxın yaşayış məntəqələrində saxlanılıb.
Həmçinin qeyd olunub ki, aksiyalara toplaşanların qarşısını almaq üçün Paris də (2750 nəfər) daxil olmaqla, ölkə üzrə ümumilikdə 14 min nəfər polis cəlb olunub.
Gundelik-Baku.Org