Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda növbəti oyununu keçirəcək.
“Report”un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalda Avstriyanın “UVC Qrats” kollektivi ilə qarşılaşacaq.
Hər iki oyunu Bakı Voleybol Mərkəzində keçiriləcək mərhələnin ilk matçında nominal ev sahibləri kimi avstriyalılar çıxış edəcəklər.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 (25:19, 25:18, 25:20) və 3:1 (23:25; 25:18; 25:20; 25:17).
 
Gundelik-Baku.Org