Sərnişini bıçaqlayan "Prius"un sürücüsü saxlanıldı

Sərnişini bıçaqlayan "Prius"un sürücüsü saxlanıldı
Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.
Araşdırmalar davam etdirilir.


Gundelik-Baku.Org