27 yaşlı oğlanı bıçaqlayan şəxs tutuldu

27 yaşlı oğlanı bıçaqlayan şəxs tutuldu
Abşeronda 27 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.
Məmmədli qəsəbəsində yerləşən “Bakı” yeni yaşayış kompleksində 1995-ci il təvəllüdlü Mirəli İbrahimli naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1980-ci il təvəllüdlü Rəhman Qasıməliyev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Gundelik-Baku.Org