Ucar sakini toyda bıçaqlandı

Ucar sakini toyda bıçaqlandı
Ucarda keçirilən toy məclisində bıçaqlanma baş verib.
Apa xəbər verir ki,  hadisə şadlıq saraylarından birində baş verib.
Toy məclisinin 2 iştirakçısı arasında baş vermiş mübahisə qanla nəticələnib.
Nəticədə rayon sakini, 1983-ci il təvəllüdlü Seymur Soltanəli oğlu İsmayılov bıçaqlanıb.
Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Gundelik-Baku.Org