Əri arvadını tapmaq üçün efirə çıxdı - O isə zəng edib....

Əri arvadını tapmaq üçün efirə çıxdı - O isə zəng edib....
Ucar rayon sakini Tünzalə Vəliyevanın itkin düşməsi ilə bağlı onun ailə üzvləri sentyabr ayının 27-də Ucar Rayon Polis Şöbəsinə müraciət ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Unikal"a açıqlamasında bildirib ki, daxil olan müraciətlə əlaqədar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalara başlanılıb və qadının tapılması istiqamətində zəruri tədbirlər görülüb. 
Noyabr ayının əvvəlində isə Tünzalə Vəliyevanın həyat yoldaşı V.Vəliyev televiziya kanallarının birində iştirak edən zaman, T.Vəliyeva efirə zəng edərək Bakı şəhərində olduğunu və onun tapılması istiqamətində həyata keçirilən axtarışlara ehtiyac olmadığını bildirib.
Həmin ayın 5-də onun ailə üzvləri Ucar Rayon Polis Şöbəsinə müraciət edərək T.Vəliyevanın tapıldığına görə axtarış işlərinə xitam verilməsini xahiş ediblər. 
Gundelik-Baku.Org