Bakıda 42 yaşlı kişi dava zamanı bıçaqlandı

Bakıda 42 yaşlı kişi dava zamanı bıçaqlandı
Bakının Nizami rayonunda 42 yaşlı kişi dava zamanı bıçaqlanıb.
Report xəbər verir ki, 1980-ci il təvəllüdlü Bayramov Cavid Mansur oğlu tanıdığı şəxs tərəfindən dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona hər iki qolun çoxsaylı kəsilmiş bıçaq yaraları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Gundelik-Baku.Org