Tovuzda avtomobillər toqquşdu - Xəsarət alan var (FOTO)
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.
Hadisə rayonun Heydar Əliyev prospektində qeydə alınıb. Agstafa rayon sakini Xəyal Musayevin idarə etdiyi "Volkswagen" və "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində VAZ-ın sürücüsü 29 yaşlı Zeynalabdin Həsənov xəsarət alıb.
Yaralı dərhal təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.