Ucarda təcili yardım maşını aşıb, xəsarət alanlar var

Ucarda təcili yardım maşını aşıb, xəsarət alanlar var
Ucarda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub. Bundan sonra təcili yardım maşını aşıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org