Xaçmazda avtomobillər toqquşub, ölən var

Xaçmazda avtomobillər toqquşub, ölən var
Xaçmaz rayonunun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi olub.
Report xəbər verir ki, "VAZ-2107" və "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



Gundelik-Baku.Org