Xəzər dənizində balıqçılar batdılar: Birinin meyiti tapıldı

Xəzər dənizində balıqçılar batdılar: Birinin meyiti tapıldı
Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.
“Report” xəbər verir ki, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub.
Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Həmin vaxt qayıqda daha üç balıqçının da olduğu bildirilir və onlar haqqında hələ məlumat yoxdur.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Gundelik-Baku.Org