Gəncədə 46 yaşlı kişi narkotik vasitənin təsirindən öldü

Gəncədə 46 yaşlı kişi narkotik vasitənin təsirindən öldü
Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.
Apa xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb.
46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Gundelik-Baku.Org