Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 30-cu kilometrliyində, rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel Astra” markalı minik avtomobili yolu keçmək istəyən piyada, Yeni Sudur kənd sakini, 2000-cil təvəllüdlü Dəmirağa Asif oğlu Əliosmanovu vurub.
Piyada Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org