32 yaşlı qadın kirayədə yaşadığı evdə özünü asdı

32 yaşlı qadın kirayədə yaşadığı evdə özünü asdı
Qusar rayonunda intihar hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə şəhərin Tofik İsmayılov küçəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Ağamədova Şəhla Vadim qızı kirayədə yaşadığı evin birinci mərtəbəsində özünü asaraq öldürüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org