Mingəçevirdə maşın piyadanı vurub ÖLDÜRDÜ

Mingəçevirdə maşın piyadanı vurub ÖLDÜRDÜ
Mingəçevirdə maşın piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saat 08:00 radələrində Mingəçevir şəhəri ərazisində Murad Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Mətanət Əzizovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstaxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.  
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org