Sabirabadda avtomobil yandı

Sabirabadda avtomobil yandı
Sabirabad şəhərində "VAZ" markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.
FHN-dən verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org