25 yaşlı qadın itkin düşüb: Məlumat verənə mükafat vəd edilib

25 yaşlı qadın itkin düşüb: Məlumat verənə mükafat vəd edilib
Bir uşaq anası olan 25 yaşlı qadın itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Rzayeva Rüqayıb Əli qızı dekabr ayının 9-u saat 20:30-21:00 radələrində Xırdalan şəhəri ərazisində yaşadığı evdən çıxıb və itkin düşüb.
165-170 boylarında, saçları qısa olan Rüqayıb Rzayeva evdən çıxarkən əlində göy rəngli sellofan torba, əynində yaşıl rəngli gödəkçə, boz rəngli şalvar və ağ rəngli krosovka olub.
Həmin şəxsi görənlərdən (077) 597-59-70 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Qeyd edək ki, itkin düşən şəxslə bağlı məlumat verənə mükafat vəd edilib.






Gundelik-Baku.Org