İngiltərədə itkin düşən azərbaycanlı tələbə qız tapıldı - FOTO - YENİLƏNİB

İngiltərədə itkin düşən azərbaycanlı tələbə qız tapıldı - FOTO - YENİLƏNİB
İngiltərədə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.
Bu barədə onun bacısı Səbinə Əliyeva məlumat verib. 
“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən artıq biz onun sağ salamat olduğunu və yerini bildik”, - deyə o qeyd edib.
***
Saat: 11:03

Böyük Britaniyada azərbaycanlı gənc qız itkin düşüb.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilir ki, Mançester şəhərində təhsil alan Əliyeva Fəridə Elman qızı yoxa çıxıb. Bu barədə dekabrın 27-də polisə məlumat verilib.
Hazırda axtarışlar davam edir.
Gundelik-Baku.Org