Rayonda gənc qadın itkin düşdü

Rayonda gənc qadın itkin düşdü
Şəmkirdə qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 31 yaşlı Aygül Hüseynova sentyabr ayının 23-də səhər saatlarında yaşadığı evdən çıxaraq 
bir daha geri qayıtmayıb.
A. Hüseynovanın boyu 160 sm-dir, arıq bədən quruluşludur, qara, uzun saçları var. Evdən çıxarkən əynində qara rəngli kofta, göy rəngli cins şalvar və olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02  şəhər və (050) 341-05-58 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Gundelik-Baku.Org