Bakıda ana və oğlu itkin düşdü

Bakıda ana və oğlu itkin düşdü
Bakıda qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.
Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Gundelik-Baku.Org