Rayonda itkin düşən kişinin asılmış meyiti tapıldı

Rayonda itkin düşən kişinin asılmış meyiti tapıldı
Lənkəranda 4 gündür itkin düşən şəxsin meyiti tapılıb.
APA xəbər verir ki, bu gün səhər Lənkəran şəhəri Mirsalayev küçəsi-56 ünvanındakı evdə, 56 yaşlı Məmmədağa Əyar oğlu Əhmədovun meyiti asılı vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Yaxınları M. Əhmədovun 4 gündür itkin düşdüyünü bildiriblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Gundelik-Baku.Org