Bakıda iki qardaşa bıçaq və daşla xəsarət yetirildi

Bakıda iki qardaşa bıçaq və daşla xəsarət yetirildi
Bakı şəhər sakinləri Q.Qənbərova və qardaşına xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini S.Hacıyev saxlanılıb
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov Nərimanov Rayon Polis İdarəsin 17-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Gundelik-Baku.Org