Bakı sakininin “Chevrolet” qaçırıldı

Bakı sakininin “Chevrolet” qaçırıldı
Bakı sakininin avtomobili qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yanvarın 2-si saat 16 radələrində Nəsimi rayonu, S.Vurğun küçəsi ev 60-ın qarşısında qeydə alınıb.
Belə ki, paytaxt sakininə məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polis orqanına məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini V.Musayev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gundelik-Baku.Org