Daha bir məktəbdə olay: Şagirdlər pomidor-yumurta bişirdi - Video

Daha bir məktəbdə olay: Şagirdlər pomidor-yumurta bişirdi - Video
Yeni tədris ili başlayandan orta məktəblərdə baş verən hadisələr gündəmdən düşmür. Olay-olay dalınca...
Bu gün "Yeni Sabah"a daha bir məktəbdən çəkilmiş video göndərilib. Hadisənin Bakı şəhəri, Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi bildirilir.
Xəbərə görə məktəbin 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu əyləncəli dəqiqələrin videosunu çəkərək paylaşıblar...

Gundelik-Baku.Org