Rusiyada ermənilərlə dava edən azərbaycanlılar HƏBS OLUNDU

Rusiyada ermənilərlə dava edən azərbaycanlılar HƏBS OLUNDU
Sankt-Peterburqda ermənilərlə dava edən iki azərbaycanlının məhkəməsi keçirilib. 
Xarici KİV xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Vəkillər Kollegiyasının vitse-prezidenti Zöhrab Qabrielyan məlumat yayıb. 
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən Hacıyev və İbişovun 5 il müddətinə azadlıqdan məhrum edildiklərini açıqlayıb. 
Xatırladaq ki, hadisə 2020-ci ilin iyulun 23-də Sankt-Peterburqda baş verib. Belə ki,  Hacıyev və İbişovla iki erməni arasında dava düşüb. Nəticədə ermənilər azərbaycanlılardan Sankt-Peterburq məhkəməsinə şikayət ediblər.  



Gundelik-Baku.Org