Rusiyada "Telegram"ın işində qüsurlar yaranıb

Rusiyada "Telegram"ın işində qüsurlar yaranıb
Rusiyada "Telegram" mesencerinin işində qüsurlar yaranıb.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə "Brand Analytics" portalı bildirir.

Qeyd olunur ki, istifadəçilərin 77 faizi mesencerin işləməməsindən, 14 faizi mobil tətbiqin işində nasazlıqdan, 5 faizi isə ismarışların göndərilməsi ilə bağlı problemlərdən şikayət edib.

Şikayətlər əsasən Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov, Krasnodar, Ufa və Xabarovskdan daxil olub.
Gundelik-Baku.Org