“Rusiyanın iş dünyasında gizli müharibə gedir” - ABŞ

“Rusiyanın iş dünyasında gizli müharibə gedir” - ABŞ
Son dövrlərdə bir çox rus oliqarxlarının müəmmalı ölümü ilə bağlı müzakirələr davam edir.
Xarici KİV xəbər verir ki, amerikalı maliyyə eksperti Bill Brauder rusiyalı oliqarxların ölüm təfərrüatlarını açıqlayıb. 
O, Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalarla sarsılan Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğunu qeyd edib. Sanksiyalar nəticəsində oliqarxların yerdə qalan sərvətləri üçün böyük rəqabət olduğunu deyən məşhur iş adamı Rusiyanın iş dünyasında böyük gizli müharibənin getdiyini və intiharların da bunun nəticəsi olduğunu bildirib. 
Bill Brauder Rusiyadakı bu hadisəni yemək üçün bir-birini öldürən yırtıcıların döyüşü ilə müqayisə edib. 
Qeyd edək ki,  Ukrayna-Rusiya müharibəsi başlayandan bəri. “Qazprom”un keçmiş vitse-prezidenti, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Vladislav Avayev aprel ayında həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.
Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. İntihar etdiyi düşünülən Protoseniyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.
Rusiyanın ən böyük neft şirkətlərindən biri olan "Lukoyl"un keçmiş direktoru Aleksandır Subbotin may ayında şaman cütlüyünün evində ölü tapılıb. Sankt-Peterburqda Rusiyanın dövlət enerji nəhəngi “Qazprom” şirkəti ilə yaxın münasibətdə olan rusiyalı iş adamı Yuri Voronovun Sankt-Peterburqda dəbdəbəli evin hovuzunda cansız cəsədi tapılıb.
Sentyabrda “Lukoyl”un baş direktoru Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib.
Gundelik-Baku.Org