Rusiyada həmyerlilərimiz arasında silahlı dava - Anbaan video

Rusiyada həmyerlilərimiz arasında silahlı dava - Anbaan video
Rusiyanın Sankt-Peterburq şəhərinin Vitebski prospektindəki bir restoranda baş tutan toy mərasimində atışma olub.
“SHOT” xəbər verir ki, 31 yaşlı Elvar Əmiraslanov Moskvadan Sankt-Peterburqa dostları ilə ziyafətə gəlib.
Ziyafət zamanı əslən azərbaycanlı olan E.Əmiraslanovla 26 yaşlı yerli sakin Vüqar Namazəliyev arasında mübahisə yaşanıb.
Daha sonra yaşanan mübahisə əsnasında Elvar “Qroza-01” silahı ilə Vüqara 5 dəfə atəş açıb.
V. Namazəliyevi xəstəxanaya aparsalar da, o, yolda dünyasını dəyişib.
E. Əmiraslanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Gundelik-Baku.Org