Paşinyan Praqa görüşü sonrası Rusiyaya gedəcək

Paşinyan Praqa görüşü sonrası Rusiyaya gedəcək
Vladimir Putin 70 illik yubileyini Sankt-Peterburqda MDB ölkələrinin başçıları ilə birlikdə qeyd edəcək.
Bu barədə Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. 
"MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü oktyabrın 7-nə planlaşdırılıb, o, Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək", - Putinin sözçüsü deyib. 
Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin sabah Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakını təsdiqləyib.
Qeyd edək ki, MDB ölkəsi kimi Azərbaycanın sözügedən tədbirdə iştirakı ilə bağlı hələlik rəsmi məlumat yoxdur. 
Gundelik-Baku.Org