Sankt-Peterburqda MDB dövlət başçılarının səhər yeməyinin menyusu

Sankt-Peterburqda MDB dövlət başçılarının səhər yeməyinin menyusu
Jurnalistlər Sankt-Peterburqda Rusiya Muzeyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi səhər yeməyi menyusunu öyrəniblər.
Məlum olub ki, dövlət rəhbərlərinə giləmeyvəli təzə kəsmik və beş cür dənli bitkidən, həmçinin qarabaşaq yarmasından, yaxud da düyüdən kişmişli sıyıq seçimi təklif edilib.
Bundan əlavə, siyahıda qurudulmuş albalı ilə qlintveynli şərbət olub.
Menyuya yengəc və paşot yumurta ilə oladi, xama ilə sırnik, eləcə də “Üç şokolad” tortu daxil edilib.
Mənbə: “Ria Novosti” “Telegram” kanalı
Gundelik-Baku.Org