Göyçay sakini həmyerlisini bıçaqladı

Göyçay sakini həmyerlisini bıçaqladı
Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə rayonun Aşağı Qaraməryəm kəndində qeydə alınıb. Həmin kənd sakini, 1990-cı il təvəllüdlü Əhsən Kazımov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 1994-cü il təvəllüdlü Cavidan Ələsgərovu bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimaaiya şöbəsinə yerləşdirilib. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı C.Ələsgərova bıçaqla xəsarət yetirən Ə.Kazımov saxlanılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.
Gundelik-Baku.Org