Belçikada kütləvi tətillər səbəbilə uçuşlar dayandırıldı

Belçikada kütləvi tətillər səbəbilə uçuşlar dayandırıldı
Belçikanın ikinci ən böyük hava limanı Şarlerua sərnişinlərin təhlükəsizliyini və yoxlanışını təmin edən podratçı şirkət işçilərinin tətili səbəbilə çərşənbə axşamına olan uçuşları dayandırıb. 
Hava limanı administrasiyasının açıqlamasında bildirilir ki, bu gün baş verən nasazlıqlar və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə hava limanının xidmət rəhbərləri reysləri təxirə salıb. 
Hava limanında böyük sərnişin sıxlığı yaranıb. Bir sıra aviaşirkətlər yaxın günlərdə Şarleruaya uçuşları ləğv etməyi planlaşdırır.
Gundelik-Baku.Org