İsveç Ukraynaya 19 milyon dollar çox vəsait ayırdı

İsveç Ukraynaya 19 milyon dollar çox vəsait ayırdı
İsveç Krallığı əlavə olaraq Ukraynanın müdafiəsinə dəstək üçün 19,2 milyon dollara yaxın vəsait ayırıb, vəsaitin hərbi potensialın gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi "Telegram"da məlumat yayıb.
"İsveç əlavə olaraq Ukraynanın müdafiəsini dəstəkləmək üçün təxminən 19,2 milyon dollar (200 milyon İsveç kronu) ayırıb", - mesajda deyilir.
Vəsait Böyük Britaniyanın rəhbərliyi altında Ukraynaya Beynəlxalq Dəstək Fonduna yönəldiləcək və Ukraynanın hərbi potensialının gücləndirilməsinə sərf olunacaq.
Gundelik-Baku.Org