"İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməyib" - Akar

"İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməyib" - Akar
Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını yalnız həmin ölkələrin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra ratifikasiya edəcək, lakin bu hələ baş verməyib.
Bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar jurnalistlərin suallarına cavab verərkən deyib.
"İsveç və Finlandiya imzaladıqları öhdəlikləri yerinə yetirməlidir. Bundan sonra Türkiyə parlamenti də öz öhdəliklərini yerinə yetirəcək. Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf hissi ilə qeyd edirik ki, bu ölkələrdə təxribat xarakterli fəaliyyətlər hələ də davam edir. Biz həm İsveçdən, həm də Finlandiyadan konkret addımlar gözləyirik”, - deyə Hülusi Akar vurğulayıb.
Gundelik-Baku.Org