"Ukrayna ABŞ-ın 51-ci ştatıdır" - Konqresmen

"Ukrayna ABŞ-ın 51-ci ştatıdır" - Konqresmen
Ukraynaya dəstək üçün milyardlarla dollar xərcləyən hazırkı ABŞ administrasiyası Rusiya Federasiyası ilə proksi müharibə aparır. 
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü respublikaçı Markori Taylor Green deyib.
O, Ukraynanı ABŞ-ın 51-ci ştatı adlandırıb.
Qrin qeyd edib ki, son aylarda Ukraynaya dəstək üçün milyardlarla dollar xərclənib: "Ukraynaya göndərdiyimiz pulla biz artıq sərhədimizi təmin edə bilərdik, amma bunu etmirik. Bilirdinizmi ki, biz Ukraynanın büdcəsini də maliyyələşdiririk? Ukrayna hazırda ABŞ-ın 51-ci ştatıdır. Bu halda Prezident hansı mövqedədir". 
Gundelik-Baku.Org