İspaniya Ukraynaya dörd hava hücumundan müdafiə sistemi verəcək

İspaniya Ukraynaya dörd hava hücumundan müdafiə sistemi verəcək
"İspaniyanın Kiyevə son hərbi yardım çatdırılmasına əlavə olaraq Ukraynaya dörd Hawk hava hücumundan müdafiə (AD) sistemi təhvil verəcək"
Bunu NATO -nun baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirilən brifinqdə bildirib.
“Mən İspaniyanın Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün dörd “Hawk” buraxılış qurğusu göndərmək barədə açıqlamasını alqışlayıram”.
İspaniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə Ukraynaya kömək məqsədilə Avropa Sülh Fonduna 200 milyon avrodan çox vəsait ayırıb.
Gundelik-Baku.Org