Pentaqonun hərbi büdcəsi 858 milyard dollar olacaq

Pentaqonun hərbi büdcəsi 858 milyard dollar olacaq
2023-cü ildə Pentaqonun hərbi büdcəsi 858 milyard dollar təşkil edəcək - bu məbləğ ABŞ Konqresinin müvafiq komitələri tərəfindən razılaşdırılıb.
"RİA Novosti" xəbər verir ki, Pentaqonun hərbi texnikası və əmlakının istismarı və saxlanmasına 317,3 milyard dollar, hərbi personalın saxlanmasına daha 174,5 milyard dollar xərclənəcək.
2023-cü ildə Pentaqon həmçinin hərbi tədarüklərə 161,3 milyard dollar, tədqiqat və inkişafa isə 138,6 milyard dollar xərcləməyi planlaşdırır. 
Hərbi büdcənin ayrı-ayrı maddələrində Ukraynaya dəstək üçün 800 milyon dollar xərclənəcək.  Həmçinin büdcə layihəsinin mətnində ABŞ-ın Rusiyanın beynəlxalq təşkilatlardan, o cümlədən G20-dən kənarlaşdırılmasına çalışacağı bildirilir.
Ötən il ABŞ Konqresi Pentaqonun 778 milyard dollarlıq büdcəsini təsdiqləyib.
Gundelik-Baku.Org